ABŞ-dan bu ölkənin 3 məmuruna "qırmızı işıq"

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun regional təhlükəsizliyə xələl gətirən hərəkətlərdə ittiham etdiyi Çili hökumətinin üç nümayəndəsinə qarşı viza məhdudiyyətlərinin tətbiq edildiyini açıqlayıb.

SİA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Dövlət Departamentinin məlumatına görə, məhdudiyyətlər "Qərb yarımkürəsində kritik əhəmiyyətli telekommunikasiya infrastrukturunun təhlükə altına düşməsinə və təhlükəsizliyin pozulmasına gətirib çıxaran hərəkətlərə bilərəkdən rəhbərlik, icazə vermə, maliyyələşdirmə və əhəmiyyətli dəstək göstərilməsinə" görə tətbiq edilib.

Məhdudiyyətlərə məruz qalan məmurlara və onların yaxın qohumlarına ABŞ-yə giriş qadağan ediləcək, onlara əvvəl verilmiş vizalar isə ləğv olunacaq.

Bəyanatda qeyd olunub ki, bu tədbirlər Prezident Donald Trampın regionda ABŞ-nin iqtisadi və milli maraqlarını qorumağa sadiqliyini təsdiqləyir. Sənəddə həmçinin Qabriel Boriçin rəhbərlik etdiyi hazırkı Çili hökuməti tənqid olunur.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə