Yunan daşnakları Ermənistan prezidenti ilə əlaqə saxlamaqdan imtina etdilər

Biz Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın Afinaya rəsmi səfərini izləyirik və tarixi Ermənistan-Yunan dostluğunun və çoxşaxəli əməkdaşlığın inkişafının hər iki dövlətin və xalqın həyati maraqlarından qaynaqlandığını bir daha təsdiqləyirik.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yunanıstandakı AXC Daşnaksütyun Mərkəzi Komitəsinin bəyanatında deyilir.

"Yüksək səviyyəli dövlət münasibətlərinin dərinləşməsi alqışlanır; bunun regional sabitliyə və xalqların rifahına töhfə verəcəyini gözləyirik.

Eyni zamanda, Ermənistanın daxili işlərində qeydə alınan hadisələr dərin narahatlıq doğurur. Kilsəyə qarşı hərəkətlər ciddi narahatlıq doğurur. Ruhanilərin təqib edilməsi Kilsənin nüfuzunu sarsıtmaq və milli birliyi zəiflətmək üçün dövlət təsirlərindən istifadəni nümayiş etdirir. Bu şəraitdə Xaçaturyanla planlaşdırılan görüşlərdə iştirak etməyi yersiz hesab edirik və bu prosesi rədd edirik", - bəyanatda deyilir

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə