"Atəşkəsin texniki aspektləri razılaşdırılıb" - Ukrayna XİN

Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Georgi Tixi bəyan edib ki, Ukrayna, ABŞ və Rusiyanın danışıq qrupları texniki səviyyədə atəşkəsin və ona riayət olunmasının monitorinqinin necə həyata keçiriləcəyini müəyyənləşdiriblər.

SİTAT: "Qeyd edə bilərik ki, texniki səviyyədə atəşkəsin, onun monitorinqinin necə baş tutacağı ilə bağlı anlayış var. Həmçinin, artıq aydındır ki, monitorinq dəqiq olaraq ABŞ-nin iştirakı ilə olacaq. Bu, bizim üçün çox vacib konstruktiv və müsbət məqamdır", - o vurğulayıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə