İran Hörmüz boğazını bağlayacaq

İran Hərbi Dəniz Qüvvələri Fars körfəzindəki strateji əhəmiyyətli Hörmüz boğazının bir hissəsini bir neçə saatlıq bağlayacaq.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mehr agentliyinin məlumat yayıb.

Qeyd olunur ki, hərbi dəniz təlimləri zamanı təhlükəsizliyi təmin etmək və naviqasiya qaydalarına riayət olunmasını təmin etmək üçün boğazın bir hissəsi bir neçə saatlıq bağlanacaq.

Təlimlərdə təhdidlərə cavab olaraq hərbi cavab ssenariləri məşq olunur.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə