ABŞ Rusiya və Çinlə bərabər şərtlərlə nüvə sınaqlarına qayıdacaq, lakin atmosferdə meqaton sinifli partlayışlar həyata keçirməyəcək. SİA xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin silahlara nəzarət və yayılmama üzrə köməkçisi Kristofer Ya Vaşinqtonda Hudson institutunda keçirilən seminarda bildirib.
"Prezidenti Donald Trampın dediyi kimi, ABŞ bərabər şərtlərlə sınaqların keçirilməsinə qayıdacaq. Lakin bərabər şərtlər, "Ivy Mike" tipli meqatonluq nüvə atmosfer sınaqlarına qayıdacağımız mənasını vermir. Bərabər şərtlər müəyyən bir standarta uyğunluq deməkdir. Bu standartın nədən ibarət olduğunu başa düşmək üçün Çin və Rusiyaya baxın", - o qeyd edib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB