ABŞ dayanmır - İrandan neft daşıyan tankeri ələ keçirdi!

ABŞ İran neftinin daşınmasına görə sanksiyaya məruz qalan "Veronika III" tankerini ələ keçirib. bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, gəmi ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi məhdudiyyətdən yan keçməyə çalışıb.

"Onu Karib dənizindən Hind okeanına qədər izlədik və dayandırdıq. Başqa heç bir ölkənin bunu etməyə gücü, dözümü və iradəsi yoxdur. Beynəlxalq sular sığınacaq deyil. Quru, hava və ya dəniz yolu ilə biz sizi tapıb ədaləti təmin edəcəyik", - deyə bildirilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə