...Rusiyada bişər,..indi deyirsən ki,..Belarusa da düşər..?
Deməli, yazılanlara görə, Rusiyanın “yedəyində gedən” Belarusda iflasların sayı 2025-ci ildə əhəmiyyətli dərəcədə dəyişib.
SİA xəbər verir ki, iqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yaxşı və ya pis...
İqtisadi məhkəmələrə ümumilikdə 62.792 iddia təqdim edilib ki, bunlardan 1067-si və ya ümumi sayın 1,7 faizi müflisləşmənin həlli üçün müraciətlər olub.
Qeyd olunur ki, iflas işlərinə başlanılan biznes subyektlərinin sayı 2024-cü illə müqayisədə 1,5 dəfə azalıb.
Əksər hallarda (80 faiz) bunlar artıq fəaliyyətini dayandırmış və ya ləğv prosesində olan borclulardır.
Bitmiş müflisləşmə və iflas işlərinin sayı 48 faiz artıb. Bundan əlavə, ləğvetmə prosesinin orta müddəti 2024-cü ildəki 8,5 aydan 2025-ci ildəki 8,2 aya qədər azalıb.
Eyni zamanda, tamamlanmış müflisləşmə işlərində kreditorların tələblərinin təmin edilməsi faizi ikiqat artıb (2024-cü ildəki 20,7 faizdən 2025-ci ildə 42,7 faizə qədər). Və həllini gözləyən müflisləşmə və iflas işlərinin ümumi sayı 11,4 faiz azalıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB