Rutte: “Rusiya ayı kimi görünmək istəyir, amma əslində o, bağ ilbizidir...”

NATO-nun baş katibi Rusiyanın cəbhədəki itkilərini xatırladı...

...NATO-nun baş katibi Mark Rutte bildirib ki, Rusiya Ukraynaya qarşı müharibədə qüdrətli ayı kimi görünmək istəyir, amma əslində bu, bağ ilbizidir.

SİA-nın məlumatına görə, Rutte bu açıqlamanı Münhen Təhlükəsizlik Konfransında verib.

NATO-nun baş katibi Rusiyanın cəbhədəki "təsirli" itkilərini bir daha xatırladıb.

Ruttenin sözlərinə görə, ruslar ötən ilin dekabr ayında 35.000, yanvar ayında isə 30.000 əsgər itiriblər.

...Onlar istəyirlər ki, biz rusları qüdrətli ayı kimi qəbul edək, amma Ukraynada deyə bilərik ki, onlar bağ ilbizi sürəti ilə hərəkət edirlər. Və bunu unutmayaq. Gəlin Rusiya təbliğatının tələsinə düşməyək, - deyə o bildirib.

NATO-nun baş katibi həmçinin 12 fevralda keçirilən Alyans müdafiə nazirlərinin görüşünü xatırladaraq qeyd edib ki, o, Ukraynaya davamlı yardım üçün "geniş dəstək" görüb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə