Bu ölkədə qalmaq müddəti 60 gündən 30 günə endiriləcək

Tailand höküməti 93 ölkənin vətəndaşları üçün vizasız qalma müddətini 60 gündən 30 günə endirməyi planlaşdırır. Bu ölkənin Turizm və İdman Nazirliyi bu qərarın turizm sektoruna ciddi təsir göstərməyəcəyini bildirir.
Qeyd olunur ki, əcnəbi turistlər ölkədə orta hesabla 21 gün qalırlar və onların əksəriyyəti bir aydan artıq müddət keçirmir. Rəsmilər əlavə ediblər ki, 30 gündən çox qalmaq istəyənlər müddətin uzadılması üçün müraciət edə bilərlər.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə