ABŞ, İran və İsrail xəttindəki gərginlik kritik mərhələyə çatıb. Diplomatik proseslərin sürət qazandığı bu dövrdə, tərəflərdən bir-birini təsdiqləməyən mesajlar gəlməyə davam edir. Həm Vaşinqton, həm də bölgədəki ölkələr görüşlərin gedişatına görə fərqli ssenarilərə hazırlıq görür.
SİA xarici KİV-ə istinadən məlumat verir ki, ABŞ-ın İrandakı rejim əleyhinə nümayişlərin zorakılıqla yatırılmasından sonra bu ölkəyə müdaxilə ehtimalı, başlanmış danışıqlara baxmayaraq, davam edir. Bu həftə danışıqların gələcəyi ilə bağlı əhəmiyyətli təmaslar baş verib və diplomatik baxımdan kritik mərhələyə girilib.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanı dünən, ABŞ ilə İran arasında danışıqlara ev sahibliyi etmiş Oman ölkəsinə səfər edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ ilə Oman’da keçirilən dolayı danışıqlara münasibət bildirərək deyib: “Diplomatik prosesin davamı ilə bağlı anlayış və fikir birliyi olduğunu hiss etdik. Bunun əhəmiyyətli olduğunu düşünürəm. Ancaq bizim üçün əsas təyin edici sahadakı addımlardır.”
İsrail Baş naziri Binyamin Netanyahu’nun ABŞ səfərinə və bu səfərin danışıqları sabotaj etməyə yönəlik olduğuna dair iddialara toxunan Bekayi bildirib: “Bizim danışıqlardakı tərəfdaşımız ABŞ-dır.” Bekayi əlavə edib ki, “ABŞ müstəqil hərəkət etməli, bölgəyə zərər verə biləcək dağıdıcı təzyiqlərdən çəkilməli, öz maraqlarını qoruymalıdır.”
İran İnqilab Keşikçiləri Ordusu Siyasi İşlər üzrə Komandanlıq Müavini Vəkili Əziz Qazənfəri isə ABŞ-ın Oman’dakı danışıqlardan əvvəl onlara 4 şərt irəli sürdüyünü və qəbul edilməməsi halında hücum təhdidi verdiyini bildirib.
Qazənfəri xatırladıb ki, ABŞ balistik raket proqramı, regional vekil qruplara dəstək, zənginləşdirilmiş uran və nüvə məsələsini danışıqlar mövzusu etmək istəyir, lakin İranın müdafiə qabiliyyətləri danışıqlar mövzusu deyil və danışıqlara baxmayaraq, hərbi tədbirləri davam etdirir.
Digər tərəfdən, Netanyahu’nun Vaşinqton səfərinə müşayiət edən ABŞ-ın İsrail səfiri Mayk Hakkabi bildirib ki, ölkəsi ilə Tel-Əviv rəhbərliyi İran məsələsində “qırmızı xətləri eynidir”. ABŞ səfiri qeyd edib ki, Donald Tramp administrasiyası ilə İsrail arasında İranla aparılan danışıqlarda ciddi fərqlilik yoxdur və “mükəmməl bir uyğunluq” mövcuddur.
Danışıqların gedişi ilə bağlı iki tərəfdən də qarışıq siqnallar gəlir, növbəti görüşün tarixi hələ açıqlanmayıb. Lakin ABŞ Prezidenti Tramp görüşün bu həftə olacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB