Türkmənistan və Türkiyə ticarət dövriyyəsini 5 milyard dollara çatdırır

Türk iş adamları Aşqabadda ən yaxşı məhsullarını nümayiş etdirdilər.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu il yüzə yaxın aparıcı şirkət genişmiqyaslı sərgidə iştirak edir.

Bir çox pavilyon tekstil, məişət texnikası, elektronika və qida məhsullarına həsr olunub - bu məhsullar ənənəvi olaraq ziyarətçilərin marağını cəlb edir. Bundan əlavə, enerji, tikinti, tibb və kənd təsərrüfatı sektorlarında yeni məhsullar geniş şəkildə təmsil olunur.

"Bu il iştirakçıların sayı ikiqat artıb. Turizm, təhsil, nəqliyyat və enerji sahələrində tərəfdaşlığımız hər il güclənir. Orta müddətli perspektivdə ticarət dövriyyəsini beş milyard dollara çatdırmaq kimi iddialı bir məqsəd qoymuşuq", - deyə Türkiyənin ticarət naziri Ömər Bolat bildirib.

Keçən il qarşılıqlı ticarət iki milyardı keçib. Türk şirkətləri əsas infrastruktur layihələrində, o cümlədən ən böyüyü olan Arkadağ ağıllı şəhərinin ikinci mərhələsində fəal iştirak edirlər.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə