Qırğızıstan prezidenti Sadir Japarovun qərarı ilə Kamçıbek Taşiyev Nazirlər Kabineti sədrinin müavini və Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifələrindən azad edilib. Gazeta.uz-ın yazdığına görə, K.Taşıyevin müavinləri Kurvanbek Avazov, Elizar Smanov və Daniel Rısaliyevin də istefaya göndərilib.
Bildirilir ki, Jumqalbek Şabdanbekov Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinin icraçısı təyin edilib. O, 2020-ci ildən 9-cu xidmətin rəisi və DMTK sədrinin müavini vəzifələrində çalışıb. Onun 55 yaşı var, general-mayor rütbəsi daşıyır.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB