Yaponiyada yağan qar nəticəsində təxminən 50 nəfər həlak olub

Qar yığınları evlərin damlarından insanların üzərinə düşdüyü üçün bir çox qəza baş verdi.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyada son üç həftə ərzində yağan güclü qar yağışı nəticəsində ən azı 46 nəfər ölüb.Qeyd olunur ki, daha 558 nəfər yaralanıb.

Yanvar ayının sonundan bəri davam edən qar yağışı ölkənin şimal yaşayış məntəqələrini bürüdü və xüsusilə Yapon dənizi sahili boyunca nəqliyyatda fasilələrə səbəb oldu.

Polis və yerli hakimiyyət orqanlarının məlumatına görə, ölümcül qəzaların çoxu qar yığınlarının damlardan sakinlərin üzərinə düşməsi və ya insanlar onu təmizləməyə çalışarkən yıxılması nəticəsində baş verib.

Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, Honşu adasının şimalındakı Aomori şəhərində qar yığınlarının hündürlüyü hazırda 1,3 metrdir.Xatırladaq ki, əvvəllər Yaponiyada qar yağması nəticəsində 35 nəfərin öldüyü bildirilmişdi . Yanvar ayında Nyu-York şəhərində şiddətli şaxtalar nəticəsində 18 nəfər həlak olmuşdu .

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə