Elon Muskun Mars Xəyali Ləğv Olundumu? Hədəf Dəyişdi: Yeni Marşrut Buradadır! “Öz-özünə Böyüyən Şəhər” Quraşdırılacaq…
SİA xarici KİV-ə istinadən məlumat verir ki, Elon Musk Mars xəyallarını təxirə salıb və rotasını dəyişib. 10 ildən az müddətdə tamamlanacaq “öz-özünə böyüyən şəhər” layihəsini açıqlayıb.
ABŞ-lı milyarder Elon Musk, CEO-su olduğu kosmik və aviasiya şirkəti SpaceX-in Mars missiyasını təxirə salaraq diqqətini Aya “öz-özünə böyüyən şəhər qurmaq” istiqamətinə yönəldəcəyini bildirib.
Musk ABŞ mərkəzli X şirkətinin sosial media platformasında etdiyi açıqlamada SpaceX-in fokusunun dəyişdiyini bildirib. “Bilməyənlər üçün, SpaceX diqqətini 10 ildən az müddətdə uğurla başa çatdıra biləcəyimiz, Ayda öz-özünə böyüyən bir şəhər qurmaq istiqamətinə yönəltdi,” – deyə Musk vurğulayıb və Mars missiyasının isə 20 ildən çox davam edə biləcəyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB