...Avropa Birliyi Rusiya neftinin qiymət limitinin sığortadan tutmuş liman xidmətlərinə qədər, kölgə donanmasında fəaliyyət göstərən tankerlərə çatdırılma xidmətlərinin göstərilməsinə qoyulan qadağa ilə əvəz edilməsini müzakirə edir.
SİA-nın məlumatına görə, bu tədbirin Rusiyanın Ukraynaya işğalının ildönümünə təsadüf edən 20-ci Avropa İttifaqı sanksiya paketinə daxil edilməsi planlaşdırılır.
Bir neçə rəsmi və diplomat Euronews-a bildiriblər ki, Avropa Komissiyası da bu tədbirlə bağlı G7 tərəfdaşları ilə məsləhətləşmələrə başlayıb.
Xəbər agentliyi qeyd edir ki, ABŞ ilə dəniz xidmətlərinə birgə qadağa Rusiyanın enerji sektorunun gəlirlərinə daha da zərər verə bilər.
2022-ci ilin sonunda G7 tərəfindən tətbiq edilən limit Rusiya neftinin qiymətini barel üçün 60 dollar səviyyəsində məhdudlaşdırırdı: qlobal dəniz sığorta bazarının 90 faizinə nəzarət edən Avropa və Amerika sığortaçıları və digər şirkətlərə neftin limitdən yuxarı qiymətə çatdırılması halında maliyyə xidmətləri göstərmək qadağan edildi.
2025-ci ilin sentyabr ayında Avropa İttifaqı, Böyük Britaniya, Kanada, Yaponiya və Avstraliya ilə birlikdə limit həddini barel üçün 47,60 dollara, bu yaxınlarda isə barel üçün 44,10 dollara endirdi.
Donald Tramp administrasiyası da buna əməl etmədi. İndi Brüssel Rusiyanın kölgə donanmasına qarşı sanksiyalarla bağlı hərəkətlərini Ağ Evlə əlaqələndirməyə çalışır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB