...ABŞ Prezidenti Donald Tramp administrasiyasına İranla işgüzar əlaqələr quran ölkələrin mallarına tarif tətbiq etmək səlahiyyəti verib.
Lakin o, tarifləri dərhal tətbiq etməkdən çəkinib.
SİA xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
...Deməli, fevralın 6-da Tramp ABŞ-a İrandan birbaşa və ya dolayı yolla mal və ya xidmət alan, idxal edən və ya başqa şəkildə əldə edən istənilən ölkədən idxala əlavə tarif tətbiq etmək səlahiyyəti verən bir sərəncam imzalayıb.
Bu sərəncamdan sonra Dövlət Katibi və Ticarət Katibi, ABŞ Ticarət Nümayəndəsi Ofisi və Daxili Təhlükəsizlik Departamenti ilə birlikdə əlavə tarifin nə dərəcədə tətbiq olunacağına qərar verə bilərlər.
Tramp tətbiq edəcəyi dəqiq dərəcəni açıqlamayıb, lakin əvvəlcə İranın ticarət tərəfdaşlarına qarşı təhdid etdiyi tarifini nümunə kimi göstərib.
...Bu sərəncamın qüvvəyə mindiyi tarixdən etibarən, ABŞ-a idxal edilən və İrandan birbaşa və ya dolayı yolla hər hansı mal və ya xidmət alan, idxal edən və ya başqa şəkildə əldə edən istənilən ölkənin məhsulları olan mallara əlavə advalor rüsumu tətbiq oluna bilər - məsələn, 25 faiz.
...Yenə deməli, bu, Trampın imzaladığı sərəncamda deyilir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB