İstanbulda aparılan “narkotik” və “fahişəlik” iddiaları ilə bağlı istintaq çərçivəsində saxlanılanlar arasında hazırda həbsdə olan İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlunun qardaşı Ali Kaya da var.
İstanbul Ədliyyəsində (Çağlayan) keçirilən baxışdan sonra Ali Kaya daxil olmaqla 14 nəfərin həbsinə qərar çıxarılıb, 5 nəfər barəsində isə məhkəmə nəzarəti (adli kontrol) tətbiq olunub. Məlumata görə, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun işi üzrə ümumilikdə 27 nəfər barədə saxlanılma qərarı verilib, əməliyyat zamanı 19 nəfər nəzarətə götürülüb. Saxlanılanlar 4 fevralda keçirilən əməliyyatdan sonra istintaqa cəlb edilib və dünən prokurorluq ifadələrindən sonra məhkəməyə çıxarılıblar.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB