İranda qadınlara bu icazə də verildi

İranda qadınlarla bağlı yeni qərar qüvvəyə minib. SİA xəbər verir ki, bu motosiklet idarə etmək üçün müvafiq kateqoriyalı sürücülük vəsiqəsi almağa icazə verilib.

Bu barədə hökumətin qərarında deyilir. Sənəd yanvar ayında keçirilən kabinet iclasında təsdiq edilib və Birinci vitse-prezident Məhəmməd Rza Aref tərəfindən imzalanıb. Qərara əsasən, İslam Respublikasının Baş Komandanlığı qadınlar üçün motosiklet sürmək üzrə “praktik təlim” təşkil etmək, yol polisinin birbaşa nəzarəti altında imtahanlar keçirmək və sürücülük vəsiqələrinin verilməsindən məsuldur.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə