"Al Arabia" telekanalı Almaniya Kansleri Fridrix Mertslə bağlı məlumat yayıb. Məlumata əsasən, federal Kansler İran rəhbərliyini ABŞ nümayəndələri ilə planlaşdırılan məsləhətləşmələr ərəfəsində real danışıqlara başlamağa çağırıb.
O qeyd edib ki, İran nüvə proqramını dayandırmalı və İsrailə, eləcə də regionun digər ölkələrinə qarşı hərbi təhdidlərdən çəkinməlidir. Kansler danışıqların yaxın saatlarda aktivləşəcəyini vurğulayıb və Almaniyanın ABŞ ilə fəaliyyətini sıx şəkildə koordinasiya etdiyini qeyd edib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB