İki Avropa lideri Kiyev yolçusudur

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen vəAvropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Rusiya-Ukrayna müharibəsinin 4-cü ildönümü münasibətilə tədbirlərdə iştirak etmək üçün Ukraynaya səfər edəcəklər.

Bu barədə təşkilatların rəsmi nümayəndələri məlumat veriblər. SİTAT: "Dünən Prezident fon der Lyayen, həmşə olduğu kimi, Prezident Volodimir Zelenski ilə danışıb. Fon der Lyayen Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müdaxiləsinin başlanmasının dörd illiyini qeyd etmək üçün Ukraynaya səfər dəvətini qəbul edib", – deyə AK-nın baş spikeri Paula Pinyo bildirib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə