Türkiyənin dövlət mediası da cümə gününə planlaşdırılan görüş barədə məlumat yayıb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidentinin nümayəndəsi Stiv Vitkov və İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda danışıqlar aparacaqlar. Mümkün nüvə sazişini müzakirə etmək üçün görüş cümə gününə planlaşdırılıb.
Planlaşdırılan görüş, Türkiyə, Misir və Qətərin son bir neçə gün ərzində diplomatik səylərinin nəticəsidir.
Bu, ABŞ-ın Fars körfəzində böyük hərbi güclənməsi və Prezident Donald Trampın hərbi münaqişədən qaçmağın yeganə yolunun sürətli bir razılaşma olduğu barədə açıqlaması fonunda baş tutacaq.
Bundan əvvəl Vitkov İsrailə səfər edib Baş nazir Benyamin Netanyahu ilə görüşəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB