Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli sənədin hazırlıq prosesinin başa çatdığını bildirib. Ukrayna lideri, bu barədə fevralın 4-5-də ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli görüşlərin yeni raundundan əvvəl Ukrayna danışıqlar qrupu ilə müşavirədən sonra sosial şəbəkədə bildirib.
"Ukrayna nümayəndə heyəti həmçinin ABŞ tərəfi ilə ikitərəfli görüşlər keçirəcək. Ukrayna real addımlara hazırdır. Biz hesab edirik ki, layiqli və uzunmüddətli sülhə nail olmaq mümkündür. ABŞ ilə təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli sənəd hazırdır və biz bərpa və iqtisadi inkişaf üzrə sənədlər üzərində işləməyə ümid edirik", - məlumatda qeyd olunub.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB