ABŞ və İsrailin hərbi gəmiləri Qırmızı dənizdə

ABŞ və İsrailin hərbi gəmiləri Qırmızı dənizdə birgə təlim keçiblər. SİA-nın məlumatına görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

Qeyd olunub təlimlər İsrail Hərbi Dəniz Qüvvələri ilə ABŞ-ın 5-ci donanması arasında Qırmızı dənizdə davam edən əməkdaşlıq çərçivəsində keçirilib. Təlimlərdə ABŞ-ın raketli eskadrilyası "USS Delbert D. Black" və İsrailin "Saar 5" sinifli "INS Eilat" korveti iştirak edib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə