ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkov və İran xarici işlər naziri Abbas Əraqçinin fevralın 6-da İstanbulda mümkün nüvə sazişini müzakirə etmək üçün görüşməsi gözlənilir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “Axios” iki mənbəyə istinadən yazıb. Mənbə bu görüşün ən yaxşı ssenari olduğunu bildirib, lakin bununla bağlı qərarın hələ qəti olmadığını vurğulayıb.
Planlaşdırılan görüş Türkiyə, Misir və Qətərin son bir neçə gün ərzində diplomatik səyləri nəticəsində gerçəkləşəcək. Bu, danışıqların dayandırılmasından və ötən ilin iyun ayında baş verən 12 günlük müharibədən sonra ABŞ və İran rəsmiləri arasında ilk görüş olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB