Böyük Britaniyadan İrana qarşı ADDIM - DİN rəhbərinə QARŞI sanksiya tətbiq etdi
Rəsmi London tərəfindən İrana qarşı ciddi addım atılıb. SİA xəbər verir ki, Böyük Britaniya İrandan olan 10 fiziki şəxsə və 1 təşkilata qarşı növbəti sanksiyalar tətbiq edib, onların arasında islam respublikasının daxili işlər naziri İsgəndər Momeni də var. Bu barədə Britaniya hökumətinin saytındakı məlumatda bildirilib.
SİTAT: "Britaniyanın Xarici İşlər Nazirliyi insan hüquqlarının ciddi pozulmasına, söz azadlığının yatırılmasına, dinc nümayişlərə qoyulan məhdudiyyətlərə və bəzi hallarda yaşamaq hüququnun pozulmasına görə vəzifəli şəxslərə və dövlət təhlükəsizlik orqanına qarşı sanksiyalar tətbiq edib", - məlumatda deyilib. Tədbirlər həmin şəxslər üçün aktivlərin dondurulmasını və səfərlərin qadağasını əhatə edir.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB