...2025-ci ilin sonuna qədər Belarus Rusiya bazarına balıq ixracına görə birinci yeri tutub. Maraqlıdır ki, dənizə çıxışı olmasa da, ölkə Çin, Türkiyə və Çili kimi dəniz güclərini geridə qoymağı bacarıb.
Qeyd edilir ki, 2025-ci ildə Rusiya xaricdən 680.000 ton balıq alıb ki, bu da əvvəlki ilə nisbətən 3 faiz çoxdur.
SİA xəbər verir ki, TASS-ın Rusiya Balıqçılıq Birliyinin məlumatlarına istinadən verdiyi məlumata görə, pul baxımından idxal 7 faiz artaraq 3,1 milyard dollara çatıb. Belarus Rusiya bazarına 112.000 ton balıq tədarük edərək ən böyük ixracatçı olub.
Bu, ölkəyə 336 milyon dollar qazandırıb.
Reytinqdə növbəti yerləri aşağıdakılar tutub:
-Çin - 96.000 ton (410 milyon dollar dəyərində). Lakin Çindən göndərilən məhsullar fiziki baxımdan 14 faiz azalıb.
-Türkiyə - 75.000 ton (482 milyon dollar dəyərində).
-Çili -64.000 ton (350 milyon dollar). Çili ixracatı sürətli artım göstərdi: həcmdə +28 faiz və dəyərdə +35 faiz.
Vyetnam - 57.000 ton (215 milyon dollar).
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB