Parisdə yəhudi məktəbinə hücum - pəncərələr sındırılıb

Paris prokurorluğu Fransanın paytaxtında yəhudi məktəbinə qarşı törədilmiş vandalizm aktları ilə bağlı istintaqa başlayıb. Bu barədə "Agence France-Presse" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, "Bet Lubaviç" məktəbinə hücum Parisin XX dairəsində baş verib. Binanın pəncərələri sındırılıb, fasaddan videokamera və xatirə lövhəsi qoparılıb.

Paris şəhər prokurorluğu din əleyhinə motivlərlə təşkil olunmuş qrup tərəfindən əmlakın zərər görməsi işi üzrə istintaqa başlayıb. Rayon polis komissarlığı isə təqsirkarların axtarışına başlayıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə