Zelenski Kiyev meriyasını "topa tutdu"...

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyev şəhər rəhbərliyini tənqid edərək, enerji şəbəkəsindəki kəsinti ilə bağlı görülən işlərdən narazılığını bildirib.

Ukrayna prezidenti bununla bağlı Teleqram kanalında müvafiq paylaşım edib. "Təmir işləri hələ də davam edir. Və bu, yüzlərlə evin həftələrlə istiliksiz qaldığı bir şəhərdə təbii ki, normal sayıla bilməz", - deyə o bildirib.

Zelenski vurğulayıb ki, paytaxtda hazırkı istilik vəziyyəti yerli hakimiyyət orqanlarının kifayət qədər iş görmədiyini göstərir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə