ABŞ 2 Venesuela tankerini ələ keçirdi

ABŞ Şimali Atlantikada Venesuela ilə əlaqəli olan əvvəllər “Bella-1” kimi tanınan “Marinera” neft tankerini ələ keçirib.

SİA CNN-ə istinadla xəbər verir ki, əməliyyat ABŞ Sahil Mühafizəsi və digər hərbi qurumlar tərəfindən icra olunub. ABŞ Sahil Mühafizəsi “kölgə donanması” kimi sanksiya siyahısına düşmüş eyni gəmini ötən ay Venesuela yaxınlığında ələ keçirməyə çalışsa da, uğursuz alınmışdı.

ABŞ mənbələri hazırda gəminin üzərində Rusiya bayrağının olduğunu deyirlər. Qeyd edilir ki, dekabrın 31-də Rusiya Dəniz Gəmiçiliyi Reyestri yeni adı “Marinera” olan gəmini Rusiya gəmisi kimi qeyd edib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə