Avropa İttifaqının missiyası regionu deyil, daha çox Ermənistanın özünü öyrənir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə erməni ekspert İşxan Verdyan Aİ–Ermənistan Tərəfdaşlıq Şurasının Brüsseldə keçirilmiş altıncı iclasının qərarına münasibət bildirərkən deyib.
Onun fikrincə, tərkibinə Avropa ölkələrinin kəşfiyyat strukturlarının keçmiş nümayəndələrinin daxil olduğu missiyanın heyəti onu heç də neytral elementə çevirmir.
Ekspert qeyd edib ki, konkret mövqelərdə yerləşən missiya, ilk növbədə, yerləşdiyi ərazilərdə infrastrukturun, logistikanın və kommunikasiyaların detallı şəkildə öyrənilməsi ilə məşğul olur. İ.Verdyanın qiymətləndirməsinə görə, bu hal daxili məlumatların ölkə hüdudlarından kənara sızması riskini yaradır.
Ekspert hesab edir ki, erməni siyasətçiləri uzaqgörənliyin olmaması səbəbindən və mümkün nəticələri dərk etməyərək xarici mövcudluğun bu vektorunu dəstəkləməkdə davam edirlər. Bununla yanaşı, onun sözlərinə görə, hökumətdə hələ də avropalıları öz uğurlarının təminatçıları kimi qiymətləndirməyə meyillidirlər və uzunmüddətli risklər barədə düşünmürlər. İ.Verdyan, həmçinin hesab edir ki, vaxt keçdikcə missiyanın fəaliyyəti daha əvvəl digər xarici hərbi formatlarda olduğu kimi dayandırıla bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB