İran Prezidenti Ukraynanın Putinin iqamətgahına hücumunu pislədi..

İran Prezidenti Məsud Pezeşkyan Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına Ukraynanın pilotsuz təyyarəsi ilə hücum cəhdini pislədi.

SİA xəbər verir ki, Kreml bu barədə Telegram kanalında məlumat verdi.

Kreml İran liderinin bu açıqlamanı rusiyalı həmkarı ilə telefon danışığı zamanı verdiyini dəqiqləşdirdi.

Bəyanatda deyilir ki, “...enerji və nəqliyyat infrastrukturu da daxil olmaqla müxtəlif sahələrdə Rusiya-İran əməkdaşlığının daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. İranın nüvə proqramı ilə bağlı vəziyyət də müzakirə olunub”.

Rusların iddiasına görə, 29 dekabr gecəsi Ukrayna Silahlı Qüvvələri Putinin Novqorod vilayətindəki (Valday) iqamətgahına hücum etməyə cəhd edib.

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin hücumda iştirakını təkzib edib və Kiyevdəki hökumət məhəlləsinə mümkün zərbələr barədə xəbərdarlıq edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə