Ağ Evin mətbuat katibi hamilə olduğunu açıqladı...

Ağ Evin mətbuat katibi Kerolin Livit hamiləliyini elan edib.

SİA-nın məlumatına görə, o, bu xəbəri sosial media səhifəsində açıqlayıb.

Sözçü körpənin qız olacağını və çox sevindiyini bildirib.

Livit bunu “əri ilə birlikdə istəyə biləcəyi ən yaxşı Milad hədiyyəsi” adlandırdı.

Mətbuat katibi həmçinin ABŞ prezidenti Donald Trampa uşaqlı ailələr üçün əlverişli mühit yaratdığına görə təşəkkür edib və 2026-cı ilin "əla il" olacağına ümid etdiyini də gizlətməyib.

Qeyd edək ki, Livit fəaliyyəti Riccio Enterprises MMC ilə əlaqəli olan milyonlarla dollarlıq daşınmaz əmlak sahibkarı olan sahibkar Nikolas Riççio ilə evlidir.

Onu da qeyd edək ki, mətbuat katibi ilə iş adamının münasibətləri, onların yaş fərqlərinə görə, Amerika mediasının diqqətini cəlb edib.

Deyim ki, Riççio, yəni ər arvad Livitdən 32 yaş böyükdür...

2024-cü ilin iyul ayında dünyaya gələcək ilk uşaqlarına Nikolas Robert Riççio adı verildi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə