Tailand və Kamboca atəşkəs sazişi imzaladılar

Tailand və Kamboca sərhəd münaqişəsi zonasında atəşkəs razılaşması imzalayıblar.

SİA xəbər verir ki, bu barədə Tailandın "Channel 3" telekanalı məlumat yayıb.

Tailandın Çantxaburi əyalətində iki ölkənin Baş Sərhəd Komitəsinin iclasından sonra müdafiə nazirləri atəşkəslə bağlı razılığa gəliblər.

Anlaşmanın effektivliyini izləmək üçün ikitərəfli mexanizmin növbəti iclası 72 saat ərzində keçiriləcək.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə