Türkiyədə qiymətlər artacaq...

Minimum əmək haqqının 27 faiz artırılması otel və restoran qiymətlərinə necə təsir edəcək..?

...Türkiyədə minimum əmək haqqının artırılması, yay aylarına qədər restoranlarda, kafelərdə və kurort otellərində qiymət artımlarına səbəb olacaq.

SİA RİA Novosti-yə istinadən bildirir ki, bu barədə ölkənin dövlət banklarından birindəki anonim mənbəyə istinadən məlumat verir.

Agentliyin mənbəyinə görə, minimum əmək haqqının artımı inflyasiya xarakterli olacaq.

Onun təsiri ən çox xidmət sektorunda, o cümlədən gözəllik salonlarında, təmizlik xidmətləri, təmir sexlərində və iaşə müəssisələrində nəzərə çarpacaq.

Artımın idxal olunan mallara təsiri daha az olacaq. Türkiyənin əmək naziri Vedan İşihan çərşənbə günü 2026-cı il üçün minimum əmək haqqının 27 faiz artırılacağını açıqladı.

Minimum əmək haqqı 28.075 lirəyə (təxminən 655 dollar) çatacaq.

Ekspertlər hesab edirlər ki, bu tədbir əhalinin alıcılıq qabiliyyətini artıracaq, eyni zamanda ölkədə inflyasiyaya da səbəb ola bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə