Nigeriyada məsciddə baş verən partlayış nəticəsində azı 7 nəfər ölüb

Nigeriyanın şimal-şərqində, axşam namazı zamanı məsciddə partlayış baş verib.

SİA xarici mediaya istinadla xəbər verir ki, Borno ştatının paytaxtı Mayduquri şəhərində, əsas Qamboru bazarında yerləşən məsciddə namaz qılınarkən əvvəlcədən yerləşdirildiyi ehtimal edilən partlayıcı qurğular işə düşüb.

Partlayış yerli vaxtla təxminən saat 18:00-da baş verib.

“İzvestiya”nın AFP-yə istinadla verdiyi məlumata görə, partlayış nəticəsində azı yeddi nəfər həlak olub

Bütün xəbərlər Facebook səhifəmizdə