...SİA xəbər verir ki, “The Insider” qəzetinin verdiyi məlumata görə, TASS agentliyi Belarusun öz ərazisində yerləşdirilən Rusiyanın "Oreşnik" raket sistemi üçün hədəfləri müstəqil şəkildə müəyyən edə biləcəyini iddia edən xəbəri ləğv edib.
...Dünən Moskva vaxtı ilə saat 17:24-də tass.ru saytında dərc olunmuş “Belarus lazım gələrsə, "Oreşnik" raket sistemi üçün hədəfləri müstəqil şəkildə müəyyən edəcək" xəbəri səhv dərc və kanalın materialı silməsi səbəbindən LƏĞV EDİLİB.
TASS abunəçilərindən və oxucularından üzr istəyir, - deyə veb saytında bildirilib.
Oxşar xəbərlər digər Rusiya media orqanlarının veb saytlarından da yoxa çıxıb.
Rusiya televiziya proqramlarını izləməyə imkan verən Smotrim.ru xidmətindən də əlaqəli bir xəbər silinib.
"Business Online" veb saytında yer alan məlumata görə, silinən xəbərin mənbəyi Belarus Müdafiə Nazirliyinin açıqlaması olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB