...Somali gələn həftə keçiriləcək seçkilərdən əvvəl Moqadişuya 10.000 nəfərlik təhlükəsizlik qüvvəsi göndərir.
SİA-nın məlumatına görə, AFP xəbər verir ki, bu, ölkənin 60 ildən sonra ilk ümumi seçkiləridir.
Seçici və namizəd qeydiyyatı aprel ayında başlayıb. Təkcə cənub bölgəsi Banadirdə 1600 namizəd regional parlamentdə 390 yer uğrunda mübarizə aparacaq.
Hazırda 400.000 nəfər seçici kimi qeydiyyatdan keçib. Təhlükəsizlik naziri Abdullah Şeyx İsmayıl bildirib ki, "Şəhərdə təhlükəsizliyin təmin edilməsində uğur qazanmışıq". Seçki Komissiyasının sədri Abdikarin Əhməd Həsənin sözlərinə görə, seçki günü bütün hərəkətlər izləniləcək və vətəndaşlar avtobusla seçki məntəqələrinə aparılacaq.
...Bütün ölkə bağlanacaq. Bu, Somali xalqının seçkilərdə iştirak etməsi üçün böyük bir addımdır, təxminən 60 ildən sonra ilk dəfədir.
Bunu Həsən qeyd edib.
Somalidə birbaşa seçkilər 1969-cu ildə Siad Barre hakimiyyətə gələndə ləğv edilib. 1991-ci ildə onun rejiminin süqutundan bəri ölkənin siyasi həyatı klan əsaslı quruluşa əsaslanıb.
Bu il Somalidə üç dəfə bir nəfər bir səs seçkiləri planlaşdırılırdı, lakin hər dəfə ləğv edildi. Regional parlament seçkiləri başa çatdıqdan sonra somalililər gələn il yeni prezident seçəcəklər, çünki hazırkı lider Həsən Şeyx Mahmud 2026-cı ilə qədər vəzifəsini icra etməlidir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB