Tramp Qazaxıstan və Özbəkistan prezidentlərini G20 Sammitinə dəvət edib

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə telefonla danışıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti “Truth” sosial hesabında yazıb. O, danışıqlar zamanı davam edən münaqişələrə son qoymağın və millətlər arasında ticarət və əməkdaşlığın artırılmasının vacibliyini müzakirə etdiklərini bildirib.

ABŞ Prezidenti, hər iki ölkə ilə münasibətlərin möhtəşəm olduğunu vurğulayıb. Tramp hər iki lideri gələn il Amerika Birləşmiş Ştatlarında keçiriləcək G20 Sammitinə dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə