Mark Rütte: ABŞ-ın nüvə çətiri bizim mütləq zəmanətimizdir

Birləşmiş Ştatların nüvə çətiri NATO-nun Avropadakı müttəfiqləri üçün “mütləq zəmanətdir”.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikri NATO-nun Baş katibi Mark Rütte DPA informasiya agentliyinə müsahibəsində səsləndirib. “ABŞ-ın nüvə çətiri bizim mütləq zəmanətimizdir və bu, dəyişməyəcək. Təbii ki, NATO-nun bəzi avropalı müttəfiqlərinin öz nüvə imkanları var və biz bu məsələdə həm birbaşa, həm də dolayısı ilə əməkdaşlıq edirik. Bu mövzuda artıq deyiləcək bir şey yoxdur", - deyə Rütte bildirib.

Baş katibin sözlərinə görə, ABŞ-ın NATO qarşısındakı öhdəliyi Prezident Donald Tramp dönəmində də qalacaq. Eyni zamanda, Birləşmiş Ştatların NATO daxilində çox spesifik maraqları da var.

“Şimali Atlantika təhlükəsizliyini təmin etmək üçün ABŞ-a güclü Avropa NATO-su lazımdır. Biz hamımız təkcə tarixi səbəblərə görə deyil, həm də praktiki səbəblərə görə eyni gəmidəyik”, - deyə Rütte əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə