Pavlodarda həkim səhvi nəticəsində uşaq beş il ərzində dərisinin altında qırılmış budaq parçası ilə yaşayıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, 2020-ci ildə beş yaşlı oğlan uşağı budağın üzərinə yıxılaraq xəsarət alıb. Kənd xəstəxanasında yara təmizlənib və tikilib. Lakin valideynləri yaranın uzun müddət sağalmamasından və vaxtaşırı iltihablaşmasından narahat olublar.
Bu yaxınlarda 10 yaşlı uşaq neyrocərrahın qəbuluna düşərkən təcili olaraq əməliyyata göndərilib. Həkimlər bütün bu müddət ərzində gicgah nahiyəsində dərinin altında qalmış budaq parçasını çıxarmağa müvəffəq olublar.
“Söhbət 2015-ci il təvəllüdlü oğlan uşağından gedir. İlk baxışdan keçmişdə alınmış o qədər də təhlükəli görünməyən bu travma məhz beş il sonra özünü büruzə verib. Anasının dediyinə görə, o zaman oğlu budağın üzərinə yıxılaraq xəsarət almışdı. Yara açıq idi”, – deyə uşaq travmatoloq-ortopedi, neyrocərrah Talqat Kasım¬bekov bildirib.
Həkimlər xatırladırlar ki, hətta köhnə travmalar belə illər sonra ağırlaşmalara səbəb ola bilər. Buna görə də sağlamlığa diqqətlə yanaşmaq və vaxtında tibbi yardıma müraciət etmək zəruridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB