...Bu ilin yanvar-sentyabr ayları arasında Rusiya qablaşdırılmış süd və qaymaq ixracını 23 faiz artırıb.
SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, təəccüblüdür ki, Belarus bu məhsulların ən çox alıcısı olan üç ölkə arasındadır.
Agroexport-a görə, Rusiyanın təxminən 40 milyon dollarlıq (29.000 ton) süd məhsulları ixracının 4 milyon dolları və ya 10 faizi Belarusun payına düşür.
Qazaxıstan və Qırğızıstan bu dövrdə Rusiya süd məhsullarının aparıcı idxalçıları olub və müvafiq olaraq 54 və 11 faizini təşkil edib.
Daha az tanınan “respublika” olan Abxaziya da ümumi ixracının 7 faizini, Gürcüstan isə 6 faizini təşkil edib. Agroexport mütəxəssislərinin fikrincə, ixracın ən böyük payı (18 milyon dollar) çəkisinə görə 10 faizdən çox yağ tərkibi olan süd məhsullarıdır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB