Maraqlıdır, görən, buna xainlik demək olarmı?
Və bundan əlavə, yenə görən, bütün bunlar(?) bu millətdə necə də ardıcıllıqla(?) cəmləşib..?
...Deməli, SİA “SerpomPo” Telegram kanalında yer alımış bir yazıya (?) diqqət çəkib.
Oxuyun, qiymətini də elə Özünüz verin...
...Əvvəla müəllif sual edir: qonaqları ( o gün Tokayev Moskvaya getmişdi axı...-A.B.) belə qəbul etməyin yolu nədir?.!
...Yenə deməli,..Putin Moskvaya, Kremlə gələn Tokayevin şərəfinə şam yeməyi təşkil edib, sonra da onunla birlikdə Bolşoy Teatra gedib və təhlükəsizliyi ən yüksək səviyyəyə qaldırıb.
Həmin vaxt demə günortadan sonra kommunal xidmət işçiləri Tverskoy bulvarındakı bütün lyuk qapaqlarını açıbmışlar.
Müəllif deyir ki, kommunal işçiləri yəqin ki, cinayətkar axtarırmışlar.
Və sonra da müəllif daha bir sual edir: Bəs, Qazaxıstan prezidenti belə bir kral qəbuluna cavab olaraq nə etdi?
O, sadəcə olaraq, Putini “qlobal dövlət xadimi” adlandırıb. (ruslar, deyəsən, burada “podumaeş” deyirlər?..-A.B.)
Başqa heç nə..?
Sən demə, bu yaxınlarda Tokayev Vaşinqtona səfəri zamanı Trampı “böyük dövlət xadimi” adlandırıb.
Tramp isə təkcə Tokayevi deyil, bütün Orta Asiya liderlərini Orta Asiya-ABŞ sammitinin bir hissəsi olaraq kütləvi şəkildə qəbul edib.
...Rus müəllif burada çox dərindən təəssüflənir və bəyan edir: Siz, yəni ruslar onları Kremlin Fasiləli Otağda yedizdirin, Bolşoy Teatrda imperiya qutusuna oturdun, Qazaxıstan sənətçilərinin qala konsertində əsnəyin. Və onlar sizə deyəcəklər ki, siz ən böyük deyilsiniz, sadəcə görkəmlisiniz, müqəddəs deyilsiniz, zahidsiniz və s. və ilaxır..?
Ayıbdır, elə deyilmi?
Ayıb olmağına ayıbdır ey, amma kimə..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB