Pikassonun 600 min avroluq tablosu oğurlanıb

İspaniya polisi məşhur rəssam Pablo Pikassonun əsərinin Madriddən Qrenadaya aparılarkən yoxa çıxması faktını araşdırır. SİA xəbər verir ki, əsər Qrenadaya sərgilənmək üçün aparılırdı. “Gitaralı natürmort” tablosunun oğurlandığı ehtimal edilir. Əsərin dəyəri 600 min avrodan çoxdur.

Bu, ispaniyalı rəssamın əsərləri ilə bağlı ilk oğurluq faktı deyil. Onun 100 tablosu 1976-cı ildə Fransada oğurlandıqdan bir müddət sonra aşkar edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə