...İspaniya ABŞ prezidenti Donald Trampın kifayət qədər müdafiə xərcləri olmadığı üçün ölkənin NATO-dan çıxarılması ehtimalını gündəmə gətirən bəyanatına cavab verib.
SİA xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
İspaniya ABŞ prezidenti Donald Trampın artan müdafiə xərcləri hədəflərini yerinə yetirmədiyi üçün onu NATO-dan çıxarmaq təklifini rədd edib.
İspaniya hökumət mənbələri, İspaniyanın ABŞ kimi potensial baxımından məqsədlərinə çatdığı üçün NATO-nun sadiq və tamhüquqlu üzvü olduğunu bildirdi.
Xatırladaq ki, ABŞ prezidenti NATO-ya Qərbi Avropa ölkəsinin hərbi xərclərinin geriləməsi ilə bağlı mübahisəyə görə İspaniyanı ölkədən çıxarmağı nəzərdən keçirməyi təklif edib.
Qeyd edək ki, ötən gün Tramp Finlandiya prezidenti Aleksandr Stubb ilə görüşüb və onlar mətbuata birgə açıqlama veriblər.
Söhbət zamanı o, Rusiyanın hücumu halında Finlandiyanı müdafiə etməyə hazır olduğunu bildirdi və İspaniyanın NATO-dan çıxarıla biləcəyini təklif edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə