Messengerin yaradıcıları kilsə ilə məsləhətləşməyiblər...

Rus Pravoslav Kilsəsi "Zosima" adlı pravoslav messencerinin işə salınmasına cavab verib...

...Bu arada Google Play-də "Zosima" adlı pravoslav messencer peyda olub. O, istifadəçilərə keşişlərlə ünsiyyət qurmağa imkan verir.

Bununla belə, Moskva Patriarxlığının Kilsə-Cəmiyyət Əlaqələri və Media üzrə Sinodal Şöbəsinin rəis müavini Vaxtanq Kipşidzenin sözlərinə görə, Rus Pravoslav Kilsəsi bu proqram haqqında eşitməyib.

Kipşidze bu təşəbbüsün müvafiq kilsə institutları ilə müzakirə olunmadığını vurğulayıb. O, həmçinin qeyd edib ki, kilsənin fikrincə, əvvəlcədən məsləhətləşmədən belə layihələrə başlamaq ən yaxşı fikir olmaya bilər.

Proqramı hazırlayan Innotech XXI Fondunun rəhbəri Aleksey Aqapov daha əvvəl bildirmişdi ki, “Zosima” yalnız pravoslav messencer deyil.

Bildirib ki, ondan müxtəlif dinlərin nümayəndələri, o cümlədən pravoslavlar, müsəlmanlar və başqaları istifadə edə bilər.

Aqapov onu da qeyd edib ki, proqram Patriarx Kirilin xeyir-duasını alacağı təqdirdə pravoslav statusu ala bilər.

SİA-nın məlumatına görə,entyabrın 24-də smartfon proqramları mağazalarında “Zosima” messencer proqramı elan edildi.

Məlumata görə, proqram istifadəçilərə din xadimləri ilə ünsiyyət qurmaq, kilsə səhifələrinə abunə olmaq, xidmətləri izləmək və mənəvi kitablar oxumaq imkanı verir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə