Qırğızıstanın paytaxtı Bişkek yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu yerli vaxtla saat 13:57-də Çuy rayonunun Beş Küngöy kəndinin 1 kilometrliyində 4,5 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb.
Zəlzələ episentrdən 12 kilometr aralıda yerləşən Bişkekdə də hiss olunub. Sosial media istifadəçiləri Bişkek və ətrafında hiss olunan və 11 kilometr dərinlikdə qeydə alınan zəlzələnin güclü olduğunu qeyd ediblər. Qırğızıstan Fövqəladə Hallar Nazirliyi zəlzələdən sonra işlərə başlanıldığını, lakin dağıntı və tələfatla bağlı məlumat verilmədiyini bildirib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə