İraqın Mosul şəhərində suların çəkilməsi nəticəsində 2300 illik qəbiristanlıq üzə çıxıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ərazidə arxeoloji qazıntılara başlanılıb.
Məlumata görə, Ellinistik dövrə aid 40 ədəd mozaik məzar tapılıb. Qəbiristanlıqda insan skeletləri də aşkar olunub. Havanın normadan artıq istiləşməsi nəticəsində su anbarı quruyub və tarixi abidələr gün üzünə çıxıb.
Müəllif: Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə