Dakarda isti hava səbəbindən çimərliklər dolub

Seneqalın paytaxtı Dakarda isti havadan əziyyət çəkən insanlar çimərliklərə axın edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Seneqalda yüksək isti və rütubətdən boğulan paytaxt sakinləri dənizdə çimərək sərinləməyə çalışıblar.

Şəhərin ən məşhur çimərliklərindən biri olan Nqor həftə sonu ziyarətçilərlə dolub. Sahil xətti boyunca hər yerdə üzən, günəş vannası qəbul edən və su idmanı ilə məşğul olan insanlara rast gəlinirdi. Uşaqlar qumda oynayır, böyüklər isə dənizdən həzz alırdılar. İctimai çimərlik praktiki olaraq boş idi və sahilə düzülmüş çətirlər havadan rəngarəng mənzərə yaradırdı. Küçə satıcıları izdihamdan istifadə edərək, gün boyu sərinləməyə çalışanlara satış həyata keçiriblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə