Putin: Yaxın Şərqdə göründüyü kimi qlobal böhranlar sürətlə alovlanır...

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında bəyan edib ki, qlobal böhranlar sürətlə alovlanır və bu gün bu, Yaxın Şərqdəki vəziyyətdən görünür.

SİA-nın məlumatına görə, forumun plenar iclasından əvvəl Putin Bəhreyn kralının milli təhlükəsizlik müşaviri Nasir bin Həməd Əl Xəlifə ilə görüşüb.

Söhbətin mövzusu Yaxın Şərqdə gərginliyin artması olub. Rusiya liderinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, kralın müşaviri Bəhreyndə Yaxın Şərqdəki böhranın aspektləri ilə birbaşa məşğuldur.

Görüş zamanı Putin qeyd edib ki, Rusiya Yaxın Şərqdə vəziyyətin gərginləşməsini narahatlıqla izləyir.

Peskov Yaxın Şərqdə münaqişənin genişlənməsi təhlükəsindən danışıb Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun -2025-in plenar iclasında iştirak edir.

Uşakov daha əvvəl bildirmişdi ki, Putin beynəlxalq vəziyyəti dəyərləndirəcək, həmçinin Rusiya və qlobal iqtisadiyyatlardakı vəziyyət barədə danışacaq. Kreml Rusiya prezidentinin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasındakı çıxışının “geniş olacağını” vurğulayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə