Yaponiyada düyü qıtlığı mağazalarda uzun növbələr yaratdı

Son aylar Yaponiyada məhsulun az olması səbəbindən düyü qıtlığı yaşanır. SİA bu barədə "Kommersant" nəşrinə istinadla xəbər verir.

Bu məhsulun qiyməti bir ildə iki dəfə artıb. Məhdud miqdarda düyünü daha əlçatan qiymətə satan Yaponiya mağazalarında saatlarla növbələr yaranır.

Yaponiya hökuməti düyü qiymətlərinin sabitləşməsinə kömək edəcək müxtəlif variantları nəzərdən keçirdiyini bildirib. Variantlar arasında düyü üçün rüsumsuz idxal limitinin artırılması da var. Hazırda bu limit ildə 100 ton təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə